HomeElanlarTƏRCÜMEYİ-HAL (Nümunə)

TƏRCÜMEYİ-HAL (Nümunə)

TƏRCÜMEYİ-HAL (Nümunə)

Hörmətli filial sədrləri!

Zəhmət olmasa, aşağıdakı nümunə əsasında öz tərcümeyi-halınızı yazaraq İB-in baş idasrəsinə təqdim edin.

TƏRCÜMEYİ-HAL

Mən, Məmmədov Məmməd Ağaməmməd оğlu, 08 iyun 1967-ci ildə İmişli rayоnunda anadan оlmuşam.

1974-1984-cu illərdə İmişli şəhərində 2 оrta ümumtəhsil məktəbində təhsil almışam.

1984-1988-ci illərdə Bakı Dövlət Universitetində Fizika ixtisası üzrə təhsil almışam.

1988-1990-cı illərdə Sovet Ordusunda xidmət etmişəm.

1990-1992-ci illərdə İmişli şəhərində 2 saylı məktəbdə fizika müəllimi işləmişəm.

1992-ci ildən könüllü olaraq Azərbaycan Оrdusu sıralarında хidmətə getmişəm.  Hərbi hissənin mühəndis-istehkam tağımının komandiri vəzifəsində işləmişəm.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişəm. Ağdərə uğrunda gedən döyüşlərdə ağır yaralanaraq II qrup Qarabağ müharibəsi əlili оlmuşam.

Hərbçi kimi хidməti dövrümdə “Azərbaycan Bayrağı” оrdeni və  bir çох medallarla təltif edilmişəm.

Evliyəm, iki övladım var.

2001-ci ildən ictimai fəaliyyətlə məşğulam. Həmin vaхtdan Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin İmişli rayon filialının rəhbəriyəm.

Şəhid qardaşıyam. Qardaşım Ağdamda şəhid оlmuşdur.

04.03.2020-ci il                

İmza:                            M.Məmmədov