Son Xəbərlər:
Sunqayıtda «Vətən Oğulları» adlı tədbir keçirilmişdir

Sunqayıtda «Vətən Oğulları» adlı tədbir keçirilmişdir

2019-cu il sentyabrın 30-u Sumqayıt şəhər Zeynalabdin Tağıyev adına qəsəbədəki 6 saylı məktəbdə «VƏTƏN OĞULLARI» adlı tədbir keçirilmişdir. Tədbirdə oktyabrın 1-i qəsəbədən hərbi xidmətə yola düşəcək 11 nəfər çağırışçı, N saylı hərbi hissənin əsgər, zabit heyəti, ictimai birliyin Sumqayıt şəhər filialının sədri və fəalları, qəsəbə ağsaqqalları və digər qonaqlar iştirak edirdilər.

Məktəbin şagird kollektivinin ifasında bədii kompozisiyalar təqdim edilmiş və vətənpərvərlik ruhunda şeirlər söylənilmişdir. Qonaqlar çıxış edərək çağırışçıları bu şərəfli hərbi xidmətdə mətin olmağı, hərbin sirlərini mənimsəməyı və vətənə layiqli övlad kimi xidmət etməyi arzu etdilər.

Sonda xatirə şəkilləri çəkdirildi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок