Son Xəbərlər:
Sumqayıtdakı Texniki və təbiət elmləri liseyində Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd edilmişdir

Sumqayıtdakı Texniki və təbiət elmləri liseyində Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd edilmişdir

2018-ci il iyunun 1-i Sumqayıt şəhər Nizami Gəncəvi adına Texniki və təbiət elmləri liseyində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə əsasən 4-cü sinif şagirdlərinin çıxışları, rəqs nömrələri və digər bədii kompozisiyalar təqdim olunmuşdur.

Tədbirdə liseyin direktoru Rüxsarə müəllim, Azərbaycan QMƏVŞAİB Sumqayıt şəhər filialının sədri Tərlan Hacı-zadə və filialın sədr müavini Çingiz Məmmədov, Sumqayıt şəhər təhsil şöbəsinin məsul işçiləri iştirak etmişlər.

Tədbirin sonunda liseyin direktoru və qonaqlar çıxış edərək uşaqlara öz ürək sözlərini bildirmiş və gələcək təhsillərində onlara müvəffəqiyyətlər arzu etmişlər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок