Son Xəbərlər:
Sumqayıtdakı 36 saylı məktəbdə «SUMQAYIT – 70» adlı tədbir keçirilmişdir

Sumqayıtdakı 36 saylı məktəbdə «SUMQAYIT – 70» adlı tədbir keçirilmişdir

2019-cu il aprelin 11-i Azərbaycan QMƏVŞAİB-in Sumqayıt şəhər filialının bir qrup üzvü Sumqayıt şəhər 36 saylı məktəbdə 11-ci sinif şagirdləri ilə «SUMQAYIT – 70» mövzusunda tədbirdə iştirak etmişlər.

Tədbirdə şagirdlərə şəhərimizin tarixi və inkişafı haqqında, vətənpərvərliyin məhz doğma şəhərə məhəbbətdən başlanması ilə əlaqədar mövzularda söhbətlər aparılmışdır. Sonda 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Milli Ordusunun yaranmasının 100 illik yubileyi münasibəti ilə Az. QMƏVŞA İB Sumqayıt şəhər filialının  təşkilatçılığı ilə keçirilmiş “Tariximizi unutmayaq” adlı vətənpərvərlik tədbirində fəal iştirak etdiyinə görə bu məktəbin 11-ci sinif şagirdi İbrahimli Murad Sultanəli oğlu ictimai birliyin Fəxri Fərmanı ilə təltif edilmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок