Son Xəbərlər:
Sumqayıtdakı 36 saylı məktəbdə Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi keçirildi

Sumqayıtdakı 36 saylı məktəbdə Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi keçirildi

2018-ci il dekarın 28-i Sumqayıt şəhər 36 saylı orta məktəbdə  Sovet İttifaqı qəhrəmanı  Mehdi Hənifə oğlu Hüseynzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə möhtəşəm tədbir keçirilmişdir. Tədbirdə  Azərbaycan QMƏVŞAİB Sumqayıt şəhər filialının bir qrup fəal üzvü  iştirak etmişlər.

Tədbirdə Mehdi Hüseyzadənin həyatından bəhs edən və dövründə ulu öndər Heydər Əliyev tərəfindən arxiv sənədlərinin əsasında Mehdi Hüseyzadənin qəhrəmanlıq həyatından, həmçinin 1957-ci ildə  Sovet İttifaqı qəhrəmanı adının verilməsini əks etdirən video çarxlar təqdim olunmuş, məktəb şagirdləri tərəfindən bədii kompozisiyalar göstərilmişdir.

İctimai birliyin Sumqayıt şəhər filialının fəalı Sahib Şamilov çıxış edərək, arxiv sənədləri əsasında Mehdi Hüseynzadənin qəhrəmanlıq dolu həyatından  məlumat vermişdir.

Tədbirin yüksək səviyyədə təşkilinə görə məktəbin direktoru Əli müəllimə və təşkilati işlər üzrə direktor müavininə minnətdarlığımızı bildiririk.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок