Son Xəbərlər:
Sumqayıtdakı 16 saylı məktəbdə Mehdi Hüseynzadənin 100 illik yubileyi qeyd edilmişdir

Sumqayıtdakı 16 saylı məktəbdə Mehdi Hüseynzadənin 100 illik yubileyi qeyd edilmişdir

18 dekabr 2018 ci il tarixdə Sumqayıt şəhər 16 saylı məktəbdə Sovet İttifaqı Qəhrəmanı  Mehdi Hənifə oğlu Hüseynzadənin anadan olmasının 100 illik yubileyi münasibəti ilə möhtəşəm tədbir keçirilmişdir. Tədbirdə Sovet İttifaqı Qəhrəmanı  Mehdi Hənifə oğlu Hüseynzadənin bacılarının oğulları həkim  Mehdi və həkim Hənifə, Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul işçisi  Mehriban xanım,  Az. QMƏVŞA İB Sumqayıt şəhər filialının bir qrup fəal üzvləri, Novxanı kənd kitabxanasının direktoru Lalə xanım və digər qonaqlarda iştirak etmişdir. Tədbirdə Mehdi Hüseyzadənin həyatından, arxiv sənədləri əsasında Mehdi Hüseyzadənin qəhrəmanlığından bəhs edən, 1957-ci ildə  Sovet İttifaqı Qəhrəmanı adının verilməsini əks etdirən video çarxlar təqdim olunmuşdur.  Məktəbin şagirdləri bədii kompozisiyalar nümayiş etdirmişlər.

Tədbirin təşkili üçün məktəbin direktor müavini Nazilə xanıma xüsusi minnətdarlığımızı bildiririk.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок