Son Xəbərlər:
Sumqayıtda yaşayan şəhid ailələri üçün sahibkar Hacı Mübariz tərəfindən iftar süfrəsi verilmişdir

Sumqayıtda yaşayan şəhid ailələri üçün sahibkar Hacı Mübariz tərəfindən iftar süfrəsi verilmişdir

2018-ci il mayın 30-u sahibkar Hacı Mübariz tərəfindən Sumqayıt şəhərində yaşayan şəhid ailələri üçün iftar süfrəsi təşkil edilmişdir. İftar süfrəsi mərasimindən əvvəl təşkilatçı Hacı Mübariz şəhid ailələrini müqəddəs Ramazan ayı münasibətilə təbrik etmiş və respublikamızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizə allahdan rəhmət diləmişdir.

Tədbirdə Milli Məclisin üzvü Qənirə Paşayeva və qardaş Türkiyə Cümhuriyyətindən qonaqlar da iştirak etmişlər. Azərbaycan QMƏVŞAİB Sumqayıt şəhər filialının sədri Tərlan Hacı-zadə çıxışında şəhid ailələri üçün təşkil etdiyi iftar süfrəsinə görə Hacı Mübarizə minnətdarlığını bildirmiş, bu mərasimdə iştirakına görə, hər zaman müharibə zümrəsindən olan insanların yanında olan Qənirə xanıma təşəkkür etmiş, Türkiyə Cümhuriyyətindən gələn qonaqları salamlamışdır.

İftar süfrəsi diskusiyalarla davam etmişdir. Sumqayıt filialinın bütün üzvləri adından sahibk​​ar Hacı Mübarizə minnətdarlığımızı bildiririk.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок