Son Xəbərlər:
Sumqayıtda “Vətənim Azərbaycan” adlı tədbir keçirilmişdir

Sumqayıtda “Vətənim Azərbaycan” adlı tədbir keçirilmişdir

2019-cu il iyunun 11-i Sumqayıt şəhər «Təfəkkür» liseyinin ibtidai sinif müəllimi Sevinc xanım və şagirdlərinin təşəbbüsü ilə  «28 MAY» Mədəniyyət evində “Vətənim Azərbaycan” adlı tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhidl Ailələri ictimai birliyinin Sumqayıt şəhər filialının üzvləri, YAP Sumqayıt şəhər təşkilatinin sədr müavini Elmar Xəlilov, Sumqayıt şəhər təhsil şöbəsinin məsul işçisi Cəmilə xanım iştirak etmişlər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır. Videoçarx və şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş olunmuşdur.

Tədbirdə iştirak edən qonaqlar çıxış edərək ürək sözlərini bildirmiş və sonda xatirə şəkilləri çəkdirilmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок