Sumqayıtda “Vətən üçün canlarından keçənlər” adlı tədbir keçirilmişdir

2019-cu il aprelin 13-ü Sumqayıtdakı M.Ə.Rəsulzadə adına kitabxanada  “Vətən üçün canlarından keçənlər” adlı vətənpərvərlik mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan QMƏVŞAİB-in Sumqayıt şəhər filialının bir qrup fəalı, qazilər, şəhid valideynləri və şəhidlərin həyat yoldaşları, Sumqayıt şəhər 1 nömrəli Uşaq və Gənclər İnkişaf Mərkəzinin bədii qiraət üzvlərinin şagirdləri, 15, 1, 35 25  və  Zəngilan 5 saylı tam orta məktəblərin şagirdləri iştirak etdilər.

Tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən Üsaməddin Məmmədov, Nazif Mədinov, Azər Məlikov və Kərəm Zeynalovun timsalında bütün şəhidlərimiz yad edildi.