Son Xəbərlər:
Sumqayıtda Ümumdünya Ətraf Mühitin Mühafizəsi günü münasibətilə aksiya keçirilmişdir

Sumqayıtda Ümumdünya Ətraf Mühitin Mühafizəsi günü münasibətilə aksiya keçirilmişdir

2018-ci il iyunun 5-də bu il 45-ci ildönümü qeyd olunan Ümumdünya Ətraf Mühitin Mühafizəsi günü münasibətilə SOCAR-ın «Azərikimya» İstehsalat Birliyinin təşəbbüsü ilə Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 saylı tam orta məktəbdə bəzək güllərinin əkilməsi aksiyası keçirilmişdir.

Tədbirdə «Azərikimya» İB-nin baş ofisinin, Etilen-polietilen zavodunun,  YAP Sumqayıt şəhər təşkilatının,  Azərbaycan QMƏVŞAİB Sumqayıt şəhər filialının fəalları və Sumqayıt şəhər Gənclər təşkilatının nümayəndələri iştirak etmişlər.

Tədbirin açılışında çıxış edənlər qeyd etmişlər ki, elmi-texniki tərəqqi, sənayenin sürətli inkişafı hələ XX əsrin ortalarında ətraf mühitə öz mənfi təsirini göstərməyə başlamışdı. Bu problemin ciddiliyi nəzərə alınaraq 1972-ci ildə BMT Baş Məclisinin İsveçin paytaxtı Stokholmda keçirilən iclasında 5 iyun tarixinin Ümumdünya Ətraf Mühitin Mühafizəsi günü kimi qeyd olunmasına qərar verilmişdir.

Ümumdünya Ətraf Mühitin Mühafizəsi gününün hər il geniş tədbirlərlə qeyd edildiyi respublikamızda da ətraf mühitin mühafizəsi və ekoloji problemlər daim diqqət mərkəzindədir. Olkə başçısının rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Bu baxımdan, məktəblilərin ətraf mühit barəsində biliklərinin artırılması, gənc nəslin ekoloji maarifləndirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədi daşıyan belə tədbirlərin keçirilməsi təqdirəlayiqdir və böyük əhəmiyyət kəsb edir.

Keçirilən aksiyada məktəbin xüsusi olaraq bu məqsəd üçün ayrılmış ərazilərində 1200 ədəd müxtəlif növ gül və bəzək kolları əkilmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок