Son Xəbərlər:
Sumqayıtda Təfəkkür liseyi birincilərinin tədbirində qazilər də iştirak etdilər

Sumqayıtda Təfəkkür liseyi birincilərinin tədbirində qazilər də iştirak etdilər

2019-cu il iyunun 12-də Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Təfəkkür liseyi 1″a» sinif şagirdlərinin «Sumqayıtlı Birincilər» və «Vətənim Azərbaycan » adlı tədbiri baş tutdu. Tədbirdə Sumqayıt şəhər təhsil şöbəsinin nöməyəndələri, Azərbaycan QMƏVŞAİB-in Sumqayıt şəhər filialının fəalları, şəhərin müxtəluf təhsil ocaqlarında çalışan müəllimlər və valideynlər iştirak edirdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Sonra məktəb şagirdlərinin cari tədris ili ərzində fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi və şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş olundu.

Daha sonra tədbirdə iştirak edən qonaqlar çıxış edərək ürək sözlərini bildirdilər.

Sonda xatirə şəkilləri çəkdirildi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок