Son Xəbərlər:
Sumqayıtda Silahlı Qüvvələr günü münasibətilə “dəyirmi masa” keçirilmişdir

Sumqayıtda Silahlı Qüvvələr günü münasibətilə “dəyirmi masa” keçirilmişdir

2019-cu il iyunun 25-i Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan QMƏVŞAİB-in Sumqayıt şəhər filialı rəhbərliyinin təşəbbüsü ilə 26 Iyun – Azərbaycanın Silahlı Qüvvələr günü münasibətilə “dəyirmi masa” keçirilmişdir. Tədbirə Sumqayıt şəhər Icra Hakimiyyətinin məsul işçisi Fərman müəllim, Əfqanıstan Müharibəsi Iştirakçıları Cəmiyyətinin sədri Cəmil müəllim, Vətən Müharibəsi Veteranları Birliyinin Sumqayıt filialının sədri, Əlil Qadınlar Cəmiyyətinin sədri və bu təşkilatların fəal üzvləri dəvət olunmuşdular.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin heykəli önünə çiçəklər qoyuldu.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin ruhunun yad edilməsi ilə başlandı. İlk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli ordunun yaradılması, 1993-cü ildə ulu öndər Heydər Əliyev və daha sonra cənab prezident İlham Əliyev tərəfindən ordu quruculuğu sahəsində görülən işlər barədə Tərlan Hacı-zadə, Sahib Şamilov və polkovnik-leytenant Mahir Məmmədov məlumat verdilər. Digər qonaqlar da öz ürək sözlərini bildirdilər.

Sonda xatirə şəkilləri çəkdirildi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок