Son Xəbərlər:
Sumqayıtda şəhid Zeynalov Kərəm Eyyub oğlunun anım günü qeyd olunmuşdur

Sumqayıtda şəhid Zeynalov Kərəm Eyyub oğlunun anım günü qeyd olunmuşdur

2019-cu il yanvarın 11-i Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında Şəhid  Zeynalov Kərəm Eyyub oğlunun anım günü qeyd olunmuşdur. Anim günündə şəhidin həyat yoldaşı, qızı, Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul işçisi Fərman Kazımov, Azərbaycan QMƏVŞAİB-in sədri Mehdi Mehdiyev, ictimai birliyin Sumqayıt şəhər filialının sədri Tərlan Hacı-zadə və filalaın fəal üzvləri, Sumqayıt şəhər 13 saylı orta məktəbin  9A  sinif şagirdləri, Laçın məktəbinin direktoru və şagirdləri iştirak etdilər.

Şəhidlər Xiyabanı ziyarət olundu, şəhid məzarlarının üzərinə qərənfillər düzüldü.

Mehdi Mehdiyev, Fərman Kazımov, Tərlan Hacı-zadə və şəhidin həyat yoldaşı Atlas Novruzova çıxış edərək yeniyetmə və gənclərin vətənə daha da  bağlı, əsl vətənpərvər  olmalarının vacibliyini bildidilər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок