HomeBütün XəbərlərSumqayıtda “Qısa ömrün uzun yolu” sənədli filmi nümayiş etdirilmişdir

Sumqayıtda “Qısa ömrün uzun yolu” sənədli filmi nümayiş etdirilmişdir

Sumqayıtda “Qısa ömrün uzun yolu” sənədli filmi nümayiş etdirilmişdir

Azərbaycan QMƏVŞAİB-in Sumqayıt şəhər filialının sədri Tərlan Hacı-zadənin verdiyi məlumata görə, 2019-cu il noyabrın 27-si Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mansurovun xatirəsinə həsr olunmuş “Qısa ömrün  uzun yolu” sənədli filminin təqdimatı keçirildi.

230 nəfərədək tamaşaçı tutumu olan zal tam dolmuşdu. Təqdimat çox maraqlı keçdi və film izlənildi. Qəmgin və kədərli notlarla keçsə də insanların qəlbində silinməz iz buraxdı.

Təqdimatda əziyyəti olan hər bir şəxsə  təşəkkür edərək, filmin yaradıcı heyətinə dərin minnətdarlığımı bildiririk.