Son Xəbərlər:
Sumqayıtda Milli Dirçəliş güňunə həsr olunmuş tədbir keçirilib

Sumqayıtda Milli Dirçəliş güňunə həsr olunmuş tədbir keçirilib

2019-cu il noyabrın 15-i Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Milli Dirçəliş güňunə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Sumqayıt şəhər 3 saylı tam orta məktəbin pedaqoji və şagird kollektivləri, Azərbaycan QMƏVŞAİB-in Sumqayıt şəhər filialının üzvləri, Sumqayıt şəhər Təhsil şöbəsinin məsul şəxsi iştirak edirdilər. Tədbirdə tarixi faktlar sadalanmış və şagirdlərin ifasında bədii kompozisiyalar nümayiş etdirilirmisdir

Məlum olduğu kimi, 1988-ci ildə Sovet imperiyasının dağılması ilə onun hüdudları daxilində qanlı çaxnaşmalar baş verdi. Artıq çürümüş imperiyanın əsl mahiyyəti aydınlaşır, uzun illər təlqin olunan kommunist beynəlmiləlçiliyinin puç olduğu üzə çıxırdı. Xalqları bir-birinə düşmən etməklə öz dayaqlarını saxlamağa çalışan imperiya dəhşətli cinayətlərə əl atdı.

1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya  qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu.

Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş  etdirdi.

1992-ci ildən 17 Noyabr Milli Dirçəliş günü kimi qeyd olunur.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок