Son Xəbərlər:
Sumqayıtda “Gənclər Azərbaycanın gələcəyidir” adlı konfrans keçirilmişdir.

Sumqayıtda “Gənclər Azərbaycanın gələcəyidir” adlı konfrans keçirilmişdir.

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 19 iyun 2019-cu il tarixində Gənclər Evində “Gənclər Azərbaycanın gələcəyidir” adlı konfrans keçirilmişdir.

Tədbirdə çıxış edən baş idarənin rəisi Elgün Hümbətov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və gənclərin dostu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindən danışmışdır. Bildirildi ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı respublikamızda və Sumqayıtda uğurla icra edilir, ölkə başçısı və şəhər rəhbərliyi gənclərə xüsusi qayğı göstərir, onların problemləri ilə yaxından maraqlanır və həlli istiqamətində mühüm işlər görülür, son illərdə isə Sumqayıtda həyata keçirilən yenidənqurma və abadlıq işləri, inşa edilən obyektlər gənclərin hərtərəfli inkişafına şərait yaradır.

Digər çıxış edənlər Sumqayıt  şəhər ağsaqqalı, şəhid atası Sovet Şükürov, Sumqayıt “ASAN xidmət” mərkəzinin könüllüsü Nigar Qocayeva, Sumqayıt Gənclər Evinin direktoru Pəri Vəliyeva,  və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Sumqayıt şəhər filialının sədri Tərlan Hacızadə ölkəmizdə son illər ərzində görülən işlərin nəticəsi olaraq şəhərimizin xüsusi zövq oxşayan görkəm qazanmasından, şəhər sakinlərinin, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan şəraitdən, uğurla həyata keçirilən dövlət gənclər siyasətindən danışmışlar.

Tədbirdə gənclərin fikirləri dinlənilmiş, verilən suallar cavablandırılmışdır.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок