Son Xəbərlər:
Sumqayıtda “Bütöv Azərbaycan” adlı tədbir keçirilmişdir

Sumqayıtda “Bütöv Azərbaycan” adlı tədbir keçirilmişdir

2019-cu il iyunun 12-i Sumqayıtdakı Heydər Əliyev Mərkəzində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş gününə həsr edilmiş “Bütöv Azərbaycan” adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə Sumqayıt şəhərində aktiv fəaliyyət göstərən, Azərbaycan QMƏVŞAİB-in Sumqayıt şəhər filialının bir qrup fəal üzvü və digər qonaqlar iştirak etmişlər.

Tədbir iştirakçilari ilk öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüş, Mərkəzin foyesində ulu öndərin Azərbaycan uğrunda xilaskarlıq missiyasından bəhs edən videoçarxı izləmişlər.

Dəyirmi masa zalında davam edən tədbiri giriş sözü ilə açan Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov Milli Qurtuluş gününün tarixi əhəmiyyətindən, ulu öndərin müstəqilliyimizin qorunub saxlanması istiqamətindəki misilsiz xidmətlərindən, Azərbaycan dövlətinin siyasi, iqtisadi əsaslarını yaratdığından, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallaşdırdığından, fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrildiyindən danışmışdır. O həmçinin çıxışında Heydər Əliyevin Sumqayıt şəhərinə səfərlərindən, bu səfərlərin tarixi izlərindən, bütün sahələrdə canlanmaya və hər tərəfli inkişafa səbəb olduğundan danışmışdır.

Daha sonra çıxış edən Azərbaycan QMƏVŞAİB-in Sumqayıt şəhər filialının sədri Tərlan Hacı-zadə, Sumqayıt ASAN xidmət mərkəzinin əməkdaşı Nigar Qocayeva, 31 saylı tam orta məktəbin tarix müəllimi Raqif Şirinov, Gənclər Evinin direktoru Pəri Vəliyeva ümummilli liderin fəaliyyətinin xalqın, dövlətin mənafeyinə xidmət etdiyini, Azərbaycanın bütövlüyü uğrunda fədakarlıqla çalışdığını və bu gün hər bir Azərbaycan gəncinin ulu öndər Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutmalı olduğunu, prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müstəqilliyimizin əbədi yaşaması üçün ona dəstək olmağın vacibliyini bildirdilər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок