Son Xəbərlər:
Sumqayıtda aprel döyüşlərinin şəhidi Əbdülməcid Axundovun doğum günü qeyd olunmuşdur

Sumqayıtda aprel döyüşlərinin şəhidi Əbdülməcid Axundovun doğum günü qeyd olunmuşdur

Sumqayıt Regional Mədəniyyət idarəsinin təşəbbüsü, Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxannın təşkilatçılığı və Azərbaycan QMƏVŞAİB  Sumqayıt filialının bir qrup fəalları ilə Sumqayıt şəhər Poeziya evində aprel döyüşlərində şəhid olmuş Əbdülməcid Axundovun anadan olmasının 25  illiyi münasibətilə tədbir keçirilib.

Kitabxananın metodisti Natavan Axundzadənin aparıcılığı ilə keçən tədbirdə filialın sədri Tərlan Hacızadə, Sumqayıt şəhər 16 saylı orta məktəbin direktoru Niyaz Süleymanov, şair Əşrəf Veysəlli, Poeziya evinin direktoru şair İbrahim İlyaslı, şəhid Mahir Mirzəyevin atası çıxış ediblər.

Tədbirdə Nizami Gəncəvi adına kitabxana-klubun oxucularinın və SDU-nun tələbəsi İbrahim Qəniyevin ifasında şeirlər, Corat mədəniyyət evinin solisti Təranə Nurun ifasında vətənpərvərlik mahnıları dinlənilib.

Sonda şəhidin anası Ceyran Axundova oğlu Əbdülməcid Axundovla bağlı xatirələrini bölüşüb, tədbirin təşkilatçıları və iştirakçılarına göstərdikləri diqqətə görə təşəkkürünü bildirdi. O, qeyd etdi ki, belə tədbirlərin keçirilməsi gənclərdə vətənpərvər ruhun yüksəlməsinə xidmət edir.

Tədbirdə Əbdülməcid Axundova həsr olunmuş videoçarx nümayiş olundu, şəxsi əşyaları, fotoları, xalça və rəsm əsəri, onun haqqında yazılan kitab və dövrü mətbuat materialları sərgiləndi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок