Son Xəbərlər:
Sumqayıtda ADR-in və Milli Ordumuzun yaranmasının 100 illiyi və Sumqayıt hadisələri ilə bağlı növbəti tədbir keçirilmişdir

Sumqayıtda ADR-in və Milli Ordumuzun yaranmasının 100 illiyi və Sumqayıt hadisələri ilə bağlı növbəti tədbir keçirilmişdir

Azərbaycan QMƏVŞAİB Sumqayıt şəhər filialı tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordumuzun yaranmasının 100 illik yubuleyi, 1988-ci il ermənilər tərəfindən təşkil olunmuş Sumqayıt hadisələri ilə bağlı silsilə tədbirlər davam edir. 2018-ci il fevralın 21-i Sumqayıt şəhər 35 saylı tam orta məktəbdə şagirdlərlə görüş keçirilmişdir. Qonaqlar şagirdlərə mövzu ilə əlaqədar maraqlı məlumatlar vermişlər.

Məktəbin 10-cu sinif şagirdi Rzayev Cavid Ülfət oğlu  xüsusilə fərqlənərək Cümhuriyyətin və Milli Ordumuzun yaranmasının 100 illik yubuleyi  ilə əlaqədar tam və dolğun məlumatla çıxış etmişdir. Onun timsalında bu cür yeniyetmələrə dəstək məqsədilə filialın sədri öz şəxsi qol saatını mükafat olaraq ona təqdim etdi.

Tədbirin yüksək səviyyədə təşkilinə görə məktəbin direktoru  Nüşabə müəllimə xüsusi minnətdarlığımızı bildiririk.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок