Son Xəbərlər:
Sumqayıtda 25 saylı tam orta məktəbdə «SUMQAYIT-70» mövzusunda tədbir

Sumqayıtda 25 saylı tam orta məktəbdə «SUMQAYIT-70» mövzusunda tədbir

2019-cu il iyunun 4-ü Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin  Sumqayıt şəhər filialının  üzvləri, Sumqayıt şəhər təhsil şöbəsinin müdiri Arzu xanım, 25 saylı tam orta məktəbdə «SUMQAYIT-70» mövzusunda tədbirdə iştirak etmişdirlər. Tədbirdə Sumqayıtın şəhər olaraq status alma və 70 il ərzində inkişaf prosesini əks etdirən videoçarxlar təqdim edildi.  Məktəbin direktoru Mehdi müəllim, İctimai Birliyin şəhər filialının sədri Tərlan Hacı-zadə və təhsil şöbəsinin müdiri Arzu xanım  şagirdlərə şəhərimizin tarixi və inkişafı haqqında, vətənpərvərliyin məhz doğma şəhərə məhəbbətdən başlanması ilə əlaqədar mövzularda çıxışlar etmış və şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar təqdim edilmişdir. Sonda qazilər məktəb şagirdlərini maraqlandıran sualları cavablandırmış və xatirə şəkilləri çəkdirildi.

Tədbirin yüksək səviyyədə təşkil olunmasına görə məktəbin direktoru Mehdi müəllimə xüsusi minnətdarlığımızı bildiririk.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок