Son Xəbərlər:
Sumqayıtda 1 oktyabr «Beynəlxalq Ahıllar günü»nə həsr olunmuş sosial tədbir keçirildi

Sumqayıtda 1 oktyabr «Beynəlxalq Ahıllar günü»nə həsr olunmuş sosial tədbir keçirildi

2019-cu il oktyabrın 1-i Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatında Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri ictimai birliyi Sumqayıt şəhər filialının üzvləri olan bir qrup şəhid valideynləri və Yeni Azərbaycan Partiyası Sumqayıt gənclər birliyinin bir qrup üzvünün iştirakı ilə 1 oktyabr «Beynəlxalq Ahıllar günü»nə həsr olunmuş sosial tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Huseynov  bildirdi ki, 1992-ci ildə BMT Baş Məclisi tərəfindən «Ahılların müdafiəsi ilə bağlı qətnamə» qəbul edilib. Bununla əlaqədar ilk olaraq, yaşlı şəhid valideynləri dəvət olunmuşdur. Şəhidlər yad edildi. İctimai birliyin Sumqayıt şəhər filialının sədri Tərlan Hacı-zadə çıxış edərək, dövlətin müharibə zümrəsindən olan insanlara diqqət və qayğısından gənclərə məlumat verdi. Belə qərara alındı ki, artıq bu cür sosial yönümlü tədbirlər mütəmadi olaraq, ictimai birliyin Sumqayıt şəhər filialı ilə təşkil olunsun.

1 Oкtyabr – “Beynəlxalq Ahıllar Günü”münasibətilə  ahıl insanlar ziyarət edildi. Ziyarət edilən 20 ahıla Yeni Azərbaycan Partiyası Sumqayıt təşkilatı tərəfindən hazırlanmış ərzaq bağlamaları təqdim edildi. Səmimi keçən görüşdə ahıllar öz xatirələrini bölüşdülər, ölkə başçısına minnətdarlıqlarını ifadə etdilər. Sonda xatirə şəkilləri çəkdirildi.

Qeyd edək ki, tədbirin sonunda ahıllar YAP Sumqayıt şəhər təşkilatının inzibati binasından Gənclər Birliyinin fəalları ilə birgə avtomobillər ilə ünvanlarına yola salındı.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок