Son Xəbərlər:
Sumqayıt ziyalıları 24 saylı orta məktəbdə şagirdlərin qonağı oldular

Sumqayıt ziyalıları 24 saylı orta məktəbdə şagirdlərin qonağı oldular

2019-cu il mayın 15-i Azərbaycan QMƏVŞAİB-in Sumqayıt şəhər filialının üzvləri, Sumqayıt şəhər təhsil şöbəsinin məsul işçisi Cəmilə xanım,  tanınmış şair və hüquqşünas Ədalət müəllim Sumqayıt şəhərinnndəki 24 saylı tam orta məktəbdə şagirdlərin qonağı olmuşlar.

Onlar «SUMQAYIT-70» adlı tədbirdə iştirak etmişdir. Tədbirdə Sumqayıtın şəhər statusunu alması və 70 il ərzində inkişaf prosesi, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən sumqayıtlı şəhidlər barədə barədə ətraflı məlumatlar verilmişdir. Məktəbin direktoru Nəsibə xanım, filialın fəal üzvləri, təhsil şöbəsinin məsul işçisi Cəmilə xanım və şair Ədalət bəy şəhərimizin tarixi və inkişafı haqqında, vətənpərvərliyin məhz doğma şəhərə məhəbbətdən başlanması ilə əlaqədar mövzularda çıxışlar etmışlər.

Daha sonra şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar təqdim olunmuşdur.

Tədbirin yüksək səviyyədə təşkil olunmasına görə məktəbin direktoru Nəsibə müəllimə xüsusi minnətdarlığımızı bildiririk.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок