Son Xəbərlər:
Sumqayıt Tarix muzeyində şəhid qardaşların anım mərasimi keçirilmişdir

Sumqayıt Tarix muzeyində şəhid qardaşların anım mərasimi keçirilmişdir

2018-ci il iyunun 25-də Sumqayıt şəhər Tarix muzeyində iki şəhid qardaşın,  Abbasov Adil  Xasay oğlu və Abbasov Nazim Xasay oğlunun anım mərasimi çox yüksək səviyyədə təşkil olundu.

Tədbirdə iştirak edənlərə şəhid qardaşların həyat yolları barədə məlumat verildi və Azərbaycan Milli Ordusunun 100 illiyi ilə əlaqədar videoçarx nümayiş etdirildi.

Tədbirdə şəhidlərin yaxın qohumları, cəbhə yoldaşları, Azərbaycan QMƏVŞAİB Sumqayıt şəhər filialının sədri Tərlan Hacı-zadə və Tarix muzeyinin direktoru Olya xanım çıxış etdilər. Cəfər Cabbarlı adına mədəniyyət klubunun yeniyetmə və gənc dərnək üzvlərinin ifasında kompozisiyalar dinlənildi.

Tədbirin yüksək səviyyədə təşkil olunmasına görə başda Olya xanım olmaqla muzeyin kollektivinə dərin minnətdarlığımızı bildiririk.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок