Son Xəbərlər:
Sumqayıt şəhərində alman faşizmi üzərində qələbənin 74-cü ildönümü münasibətilə tədbir keçirilmişdir

Sumqayıt şəhərində alman faşizmi üzərində qələbənin 74-cü ildönümü münasibətilə tədbir keçirilmişdir

9 may 2019-cu il tarixdə Sumqayıt şəhərində alman faşizmi üzərində qələbənin 74-cü ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə şəhərin bütün sahələrində çalışan idarə və təşkilatların rəhbərləri və nümayəndələri iştirak edirdilər.

Sumqayıt şəhər Icra Hakimiyyətinin başçısı və tədbir iştirakçıları  Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə qoyulmuş abidəni ziyarət etmiş, bu amansız müharibədə qəhrəmanlıq göstərərək həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edilmiş və abidənin önünə güllər qoyulmuşdur.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və şəhər məktəblərinin şagirdlərindən ibarət komandaların sıravi addımları izlənilmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок