Son Xəbərlər:
Sumqayıt şəhər Poeziya ecində şəhid leytenant Nadir Bədəlovun anım mərasimi keçirilmişdir

Sumqayıt şəhər Poeziya ecində şəhid leytenant Nadir Bədəlovun anım mərasimi keçirilmişdir

Tədbirdə Qarabağ müharibəsi veteranları, əlillər, məktəblilər və başqa qonaqlar iştirak etmişlər. Məktəblilərin ifasında bədii kompozisiyalar nümayiş etdirilmişdir.

Nadir Bədəlov 18.06.1967-ci ildə Qubadlı rayonunda anadan olub.

Qarabağda gedən döyüşlərdə könüllü olaraq iştirak etmək istəyən Nadir 1992-ci ildə hərbi komissarlığıa ərizə ilə muraciət edərək döyüşə yollanıb. Əvvəl Ağdərə istiqamətində gedən doyuşlərdə iştirak edib. Sonra Qubadlıda döyüş bölgəsinə topçu tağım komandiri təyin olunub.

Qubadlı uğrunda gedən döyüşlərdə ucqar dağ kəndlərində yaşayan dinc əhalinin müdafiəsi zamanı son damla qanına kimi döyuşərək qəhrəmancasına həlak olub.

Geri çəkilmək əmri alsa da Nadir, şəhidlik zirvəsini özünə layiq görüb.

Nadir Bədəlov göstərdiyi qəhrəmanlığa görə “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüşdür.

Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarıt olunmuşdur.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок