Son Xəbərlər:
Sumqayıt şəhər Nizami Gəncəvi adına şəhər kitabxanasında «Vətənin Müdafiəsinə hazır olaq» mövzusunda oxucularla görüş keçirilişdir

Sumqayıt şəhər Nizami Gəncəvi adına şəhər kitabxanasında «Vətənin Müdafiəsinə hazır olaq» mövzusunda oxucularla görüş keçirilişdir

Görüşdə Azərbaycan QMƏVŞAİB Sumqayıt şəhər filialının fəalları iştirak etmişlər.  Tədbirdə çıxış edənlər Qarabağ müharibəsinin yaranma səsbəbləri, eləcə də bu münaqişənin yaranmasına yol açan siyasi, istisadi və sosial şəraitdən söhbət açmışlar.

Hələ XİX əsrin sonlarından rus imperiyasının Qafqazda işğalçılıq siyasətinin bir hissəsi kimi ermənilərin tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılması prosesi başlamışdır. Ermənilər o zaman imperiyanın əlində öz işğalçılıq planları üçün bir alət idi.

Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi.

Ermənilərin köçürülməsini təşkil etmək üçün İrəvan və Naxçıvanda köçürmə komitələri yaradılırdı. Köçkünlərə mühüm imtiyazlar verilirdi: onlar 6 il müddətində vergi və mükəl­ləfiyyətlərdən azad edilmiş, onlara İrandan alınan təzminat hesabına vəsait verilirdi və i. a.

1918-1920-ci illərdə Ermənistan Respublikasının törətdikləri azərbaycanlı qırğınları Qarabağı da əhatə etmişdi.

1923-cü ildə Dağlıq Qarabağ Muxtar Respublikasını təşkil edərkən tarixi ədalətsizliyə yol verildi, Qarabağın dağlıq və aran hissəsi süni şəkildə bir-birindən ayrıldı, erməni əhalisinin konsoli­dasiyası üçün əlverişli şərait yaradıldı, azərbaycanlıların demoqrafik mövgeyinə ciddi zərbə vuruldu.

Daha sonra Qarabağ müharibəsində ermənilərin törətdikləri vəhşiliklərdən, Azərbaycan torpaqlarının işğalından, Ermənistanın bu günkü iqtisadi-siyasi vəzityyətindən danışıldı.

İştirakçılar torpaqlarımızın tezliklə işğaldan azad olacağına əmin olduqlarını bildirdilər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок