Son Xəbərlər:
Sumqayıt şəhər Nizami Gəncəvi adına liseydə  Mehdi Hüseynzadənin 100 illik yubileyi keçirilmişdir

Sumqayıt şəhər Nizami Gəncəvi adına liseydə Mehdi Hüseynzadənin 100 illik yubileyi keçirilmişdir

2018-ci il dekabrın 26-da Sumqayıt şəhər Nizami Gəncəvi adına liseydə  Sovet İttifaqı Qəhrəmanı  Mehdi Hənifə oğlu Hüseynzadənin anadan olmasının 100 illik yubileyi münasibəti ilə möhtəşəm tədbir keçirilmişdir. Tədbirdə  Azərbaycan QMƏVŞAİB Sumqayıt şəhər filialının bir qrup fəal üzvü də  iştirak etmişdir.

Tədbirdə Mehdi Hüseyzadənin həyatından, arxiv sənədləri əsasında Mehdi Hüseyzadənin qəhrəmanlığından bəhs edən, 1957-ci ildə  Sovet İttifaqı Qəhrəmanı adının verilməsini əks etdirən video çarxlar təqdim olunmuşdur, məktəb şagirdlərinin ifasında bədii kompozisiyalar göstərilmişdir.

Filialın sədri Tərlan Hacı-zadə çıxış edərək, qəhrəmanın arxiv sənədləri əsasında çox böyük şücaət göstərməsini təsdiq edən sənədlər barədə məlumat vermişdir.

Tədbirin yüksək səviyyədə təşkili üçün məktəbin direktoru Rüxsarə müəllimə və təşkilati işlər üzrə direktor müavini Ətrabə müəllimə minnətdarlığımızı bildiririk.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок