Son Xəbərlər:
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində «SUMQAYIT-70» mövzusunda tədbir keçirilmişdir

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində «SUMQAYIT-70» mövzusunda tədbir keçirilmişdir

2019- cu il mayın 14-ü Azərbaycan QMƏVŞAİB-in Sumqayıt şəhər filialının  bir qrup müharibə əlili və şəhid ailələri olan üzvləri, Sumqayıt şəhər təhsil şöbəsinin məsul işçisi Təranə xanım, Sumqayıt şəhər 4 saylı tam orta məktəbin müəllim və şagird kollektivi Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində «SUMQAYIT-70» mövzusunda tədbirdə iştirak etmişdir.

Tədbirdə Sumqayıtın şəhər olaraq status alma və 70 il ərzində inkişaf prosesini və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən sumqayıtlı şəhidlər barədə videoçarx təqdim edilmişdir. Məktəbin direktoru Səadət xanım, tarix müəllimi,  filialın sədri və təhsil şöbəsinin məsul işçisi tərəfindən şagirdlərlə şəhərimizin tarixi və inkişafı haqqında, vətənpərvərliyin məhz doğma şəhərə məhəbbətdən başlanması ilə əlaqədar mövzularda söhbətlər aparılmış və şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar təqdim edilmişdir.

Sonda xatirə şəkilləri çəkdirildi.  Tədbirin yüksək səviyyədə təşkil olunmasına görə məktəbin direktoru Səadət müəllimə xüsusi minnətdarlığımızı bildiririk.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок