Son Xəbərlər:
Sumqayıt şəhər Corat qəsəbəsindəki 7 saylı məktəbdə «SUMQAYIT — 70» mövzusunda tədbir keçirmişdir

Sumqayıt şəhər Corat qəsəbəsindəki 7 saylı məktəbdə «SUMQAYIT — 70» mövzusunda tədbir keçirmişdir

2019-cu il aprelin 10-u Azərbaycan QMƏVŞAİB-in Sumqayıt şəhər filialının bir qrup üzvü Sumqayıt şəhər Corat qəsəbəsi 7 saylı məktəbdə 10-cu sinif şagirdləri ilə «SUMQAYIT — 70» mövzusunda tədbir keçirmişdir.

Diskusiya zamanı şagirdlərə şəhərimizin inkişaf tarixi haqqında, vətənpərvərliyin məhz doğma şəhərə məhəbbətdən başlanması ilə əlaqədar mövzularda söhbətlər aparılmışdır.

Sonda 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Milli Ordusunun yaranmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin  Sumqayıt şəhər filialının təşkilatçılığı ilə keçirilmiş  “Tariximizi unutmayaq” adlı vətənpərvərlik mövzusunda  tədbirdə fəal iştirak etdiyinə görə məktəbin 10-cu sinif şagirdi Bahadurova Səbinə Şəfi qızı  Fəxri Fərmanla təltif edilmişdir.

İctimai birliyin üzvləri adından məktəbin direktoru Təranə xanıma tədbirin keçirilməsinə görə minnətdarlığımızı bildiririk.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок