Son Xəbərlər:
Sumqayıt  Palace-da iftar süfrəsi təşkil edilmişdir

Sumqayıt Palace-da iftar süfrəsi təşkil edilmişdir

2019-cu il mayın 7-si Dini Qurumlar Komitəsi Milli-mənəvi Dəyərlərin Təbliğat Fondu tərəfindən Sumqayıt şəhərindəki Sumqayıt  Palace-da şəhərin bir sıra QHT-nın bir qrup üzvlərinə müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilmişdir.

İftar süfrəsindən əvvəl dualar oxunmuş, Azərbaycan xalqı üçün uca Allahdan mərhəmət və rəhmət arzu edilmiş və respublikanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin ruhlarına dualar edilmişdir.

Tədbirin sonunda təşkilatçılarla birgə Azərbaycan QMƏVŞAİB-in Sumqayıt şəhər filialının bir qrup üzvü xatirə şəkilləri çəkdirmişlər.

İftar süfrəsinin təşkilinə görə birliyin üzvləri adından  Milli-mənəvi Dəyərlərin Təbliğat Fondunun rəhbərliyinə filialın adından minnətdarlığımızı bildiririk.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок