HomeBütün XəbərlərCəmiyyətSumqayıt hadisələri – ermənilərin törətdiyi təxribatdan 32 il ötür

Sumqayıt hadisələri – ermənilərin törətdiyi təxribatdan 32 il ötür

Sumqayıt hadisələri – ermənilərin törətdiyi təxribatdan 32 il ötür

Bu gün Sumqayıt hadisələrindən 32 il ötür

Olaylar.az bildirir ki, 1988-ci ilin fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində ermənilər tərəfindən törədilmiş təxribat xarakterli iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub.

Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni – iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi. Baxmayaraq ki, Sumqayıt hadisələrin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov edam edilib, amma şahid ifadələri əsl günahkarın əslində erməni əsilli E.Qriqoryan olduğunu sübut edir.

Şahid Allahverdi Qasımovun sözlərinə görə, Edik deyilən bu şəxs avtovağzalda bir neçə gənci toplayaraq onlara Qafandan indi gəldiyini və orada azərbaycanlı qadınların mismarla elektrik dirəklərinə vurulduğunu deyərək onları qızışdırıb.

Qırğınların baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən SSRİ DTK-nın himayə etdiyi ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb. Erməni milliyətindən olan 26 nəfərin qətlə yetirilməsini məhz bu dəstələr həyata keçirib.

Ermənistanın tanınmış siyasi xadimlərindən Paruyr Ayrikyan da etiraf edirdi ki, “Sumqayıt hadisələri Moskva tərəfindən təşkil olunmuşdu”. Bu hadisələrin Moskva tərəfindən törədilməsini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da etiraf edib.

Mənbə:olaylar.az