Son Xəbərlər:
Sumqayit Gənclər Klubunun təsis edilməsinin 1 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

Sumqayit Gənclər Klubunun təsis edilməsinin 1 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

2019-cu il mayın 17-si Sumqayıt şəhər Gənclər evində  Sumqayit Gənclər Klubunun (SGK) təsis edilməsinin 1 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu.

Tədbirdə SGK-nın il ərzində gördüyü işlər sadalanmış və bu görülən işləri özündə əks etdirən videoçarx nümayiş etdirilmişdir. SGK-nın rəhbəri Teymur Aslanlı əsgəri xidmətlə olması ilə əlaqədar olaraq, tutduğu vəzifədən istefa vermiş, kluba yeni sədr seçilmişdir.

Il ərzində fəallıq göstərən gənclər fəxri fərman və hədiyyələrlə mükafatlandırıldılar. Sonra gənclərin ifasında musiqilər və bədii kompozisiyalar təqdim edildi. Tədbirdə iştirak edən qonaqlar Azərbaycan QMƏVŞAİB-in Sumqayıt şəhər filialının sədri Tərlan Hacı-zadə, qazı Sahib Şamilov, Gənclər və İdman Nazirliyi Sumqayıt şəhər təşkilatının məsul işçisi Ceyhun müəllim çıxış edərək, SGK-nin 1 illik yubileyi münasibətilə klubun üzvlərini təbrik etmiş, onların daha da  vətənpərvər olmalarını, harada olursa, olsun bir Azərbaycanın şərəfini qorunağa çağıraraq, müvəffəqiyyətlər arzulamışlar.

Sonda xatirə şəkilləri çəkdirildi. Biz də öz növbəmizdə Sumqayıt Gənclər Klubuna və ümumən Azərbaycan gəncliyinə uğurlar arzulayırıq.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок