HomeBütün XəbərlərCəmiyyətSumqayıt filialının üzvləri şəhid anasını ziyarət etdilər

Sumqayıt filialının üzvləri şəhid anasını ziyarət etdilər

Sumqayıt filialının üzvləri şəhid anasını ziyarət etdilər

14.02.2020-ci il tarixində Azərbaycan QMƏVŞAİB-in Sumqayıt şəhər filialının bir qrup fəal üzvü ictimai birliyin üzvü olan şəhid anası Rəhilə xanım Şükürovanı evində ziyarət etmişlər.

Şəhid, Azərbaycan Bayrağı Ordenli Şükürov Pərviz Sovet oğlu 1994-cü ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Onun cəmi 21 yaşı var idi… .

Ziyarət zamanı şəhid anası oğlunun uşaqlığı haqqında maraqlı söhbətlər etdi. Şəhidlər yad edilib, ruhlarına salavat verildi. Sonda xatirə şəkilləri çəkdirildi.