Son Xəbərlər:
«SUMQAYIT — 70» tədbiri Sumqayıt şəhər Fiziki Cəhətdən Məhdud Uşaqlar üçün İnternat məktəbinin Heydər Əliyev Mərkəzində keçirilib

«SUMQAYIT — 70» tədbiri Sumqayıt şəhər Fiziki Cəhətdən Məhdud Uşaqlar üçün İnternat məktəbinin Heydər Əliyev Mərkəzində keçirilib

2019-cu il mayın 16-sı Azərbaycan QMƏVŞAİB-in Sumqayıt şəhər filialının  üzvləri, Sumqayıt şəhər təhsil şöbəsinin müdiri Arzu xanım, məsul işçisi Cəmilə xanım, şəhər icra hakimiyyətinin məsul işçisi Fərman müəllim və digər qonaqlar Sumqayıt şəhər Fiziki Cəhətdən Məhdud Uşaqlar üçün İnternat məktəbinin Heydər Əliyev Mərkəzində təşkil etdiyi «SUMQAYIT — 70» mövzusunda tədbirdə iştirak etmişdir.

Öncə Ulu Öndərin heykəli önünə qərənfillər qoyulmuşdur. Tədbirdə Sumqayıtın şəhər olaraq status alma və 70 il ərzində inkişaf prosesini əks etdirən videoçarxlar təqdim edildi.  Məktəbin direktoru Ayət xanım, ictimai birliyin Sumqayıt şəhər filialının fəalları, təhsil şöbəsinin müdiri Arzu xanım, icra hakimiyyətinin məsul işçisi Fərman müəllim və digər qonaqlar şagirdlərə şəhərimizin tarixi və inkişafı haqqında, vətənpərvərliyin məhz doğma şəhərə məhəbbətdən başlanması ilə əlaqədar mövzularda çıxışlar etmış və şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar təqdim edilmişdir. Sonda xatirə şəkilləri çəkdirildi.

Tədbirin yüksək səviyyədə təşkil olunmasına görə məktəbin direktoru Ayət müəllimə xüsusi minnətdarlığımızı bildiririk.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок