Son Xəbərlər:
“Sosial şəbəkələrdə Azərbaycan əleyhinə aparılan kampaniyalarda QHT-lərin rolu” mövzusunda ictimai müzakirə keçirilib

“Sosial şəbəkələrdə Azərbaycan əleyhinə aparılan kampaniyalarda QHT-lərin rolu” mövzusunda ictimai müzakirə keçirilib

Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzində “Sosial şəbəkələrdə Azərbaycan əleyhinə aparılan kampaniyalarda QHT-lərin rolu” mövzusunda ictimai müzakirə keçirilib. Tədbirin təşkilatçısı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır.

Tədbirdə Quba, Xaçmaz, Qusar, Şabran, və Siyəzən rayonlarında fəaliyyət göstərən QHT-lərin rəhbərləri, o cümlədən Azərbaycan QMƏVŞAİB-in Quba və Şabran rayon filiallarının sədrləri də iştirak edirdilər.

İştirakçılar sosial şəbəkələrdə milli maraqlarımızın əleyhinə aparılan təbliğat işlərini geniş müzakirə etdilər. Çıxış edənlər sosial şəbəkələrdə dövlətçilik maraqlarının müdafiəsində fəallıqlarınnı daha da artıracaqlarını vurğuladılar.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок