Son Xəbərlər:
Şirvanda şəhid Mamontov Oleqin xatirəsi yad edilmişdir

Şirvanda şəhid Mamontov Oleqin xatirəsi yad edilmişdir

Şirvanda şəhid Mamontov Oleqin xatirəsi yad edilmişdir.  Tədbirdə Azərbaycan QMƏVŞAİB-in Şirvan şəhər filialının üzvləri, SHXÇDX-nin nümayəndələri, Şirvan şəhər İcra Hakimiyyətinin məsul işçiləri iştirak edirdilər.

Zaman-zaman Azərbaycan xalqına qarşı soyqırım siyasəti yürüdən ermənilər yenicə müstəqillik qazanmış ölkəmizə silahlı basqın etmişlər. Ölkəmizdə yaşayan, Azərbaycanı Vətəni hesab edən ruslar, yəhudilər, ukraynalılar, ləzgilər, tatarlar, talışlar və digər millətlərin nümayəndələri də döyüşə yollanaraq, ölüm-dirim mübarizəsində göstərdikləri misilsiz qəhrəmanlıqlarla adlarını tarixin yaddaşına yazdılar. Belə döyüşçülərdən biri də Səbail Tank Batalyonunda döyüşən Oleq Nikolayeviç Mamontov olmuşdur. O, Ağdam istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdir. 1993-cü il oktyabrın 12-də Ağdam uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələn Oleq döyüş meydanında şəhid olmuşdur.

Allah bütün şəhidərimizə rəhmət eləsin.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок