Son Xəbərlər:
Sinan Ulutürk “Qarabağ Azərbaycanındır” şüarını əks etdirən köynəklə rinqə çıxacaq

Sinan Ulutürk “Qarabağ Azərbaycanındır” şüarını əks etdirən köynəklə rinqə çıxacaq

1

01 iyul 2017-ci il tarixində İstanbulda Dünya Çempionlar King Boks Gecəsi keçiriləcək. Final yarışında əslən azərbaycanlı olan Türkiyə vətəndaşı Sinan Ulutürk Azərbaycan bayrağı ilə “Qarabağ Azərbaycanındır” şüarı və  Beynəlxalq Diaspor Mərkəzinin (BDM) loqosunu əks etdirən köynəklə rinqə çıxacaq.

IMG-20170628-WA0015

Qeyd edək ki, dünya çempionu olan Sinan Ulutürk BDM-in Türkiyə fəallarındandır. Möhtəşəm idman yarışında fərqli dünya ölkələrindən beynəlxalq yarışlara imza atan təcrübəli idmançılarla birlikdə çoxsaylı qonaqlar və dünya ulduzları iştirak edəcək. Keçiriləcək yarışı izləmək üçün BDM sədri dr. İsmayıl Ağayev sabah İstanbula səfər edəcək. Təntənəli yarış 01 iyul 2017-ci il saat 19:00-da “WOW Hotel İstanbul”-da keçiriləcək.

kon1

Xatırladaq ki, döyüş TV8+ kanalında, Türkiyə vaxtı ilə saat 19:30-da canlı yayımlanacaq. İstanbulda yaşayan həmyerlilərimiz gecəyə qatıla bilərlər.

kon1111

kon11

BDM mətbuat xidməti

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок