Son Xəbərlər:
Samuxda Milli Qəhrəman Eltun Xaləddin oğlu İsgəndərovun xatirəsi anılmışdır

Samuxda Milli Qəhrəman Eltun Xaləddin oğlu İsgəndərovun xatirəsi anılmışdır

2019-cu il yanvarın 22-si Azərbaycanın Milli Qəhrəmanı Eltun Xaləddin oğlu İsgəndərovun anım tədbiri keçirilmişdir.

Tədbirdə Azərbaycan QMƏVŞAİB-in Samux rayon filialının sədri Mirzəmməd Orucov, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin rəisi mayor Nazim Cələbiyev, İdman və Gənclər idarəsinin Samux rayon bölməsinin rəisi Rəşad Qarayev, “Yeni Samux” qazetinin baş redaktoru Azər Əhmədov, Samux şəhər ziyalısı Gəray Bayramov və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Milli qəhrəmanın ailəsinə baş çəkilmiş, məzarı və ev muzeyi ziyarət olunmuşdur.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок