HomeBütün XəbərlərŞamaxıdakı məktəbdə Xocalı faciəsinə dair tədbir keçirilmişdir

Şamaxıdakı məktəbdə Xocalı faciəsinə dair tədbir keçirilmişdir

Şamaxıdakı məktəbdə Xocalı faciəsinə dair tədbir keçirilmişdir

26.02.2020-ci il tarixdə Azərbaycan QMƏVŞAİB-in Şamaxı rayon filialının sədri Gülli Babaşova və bir neçə şəhid ailəsi Şamaxı şəhər 9 saylı məktəbin dəvəti ilə Xocalı faciəsinə həsr olunmuş tədbirdə iştirak etmişlər.

Tədbiri məktəbin direktoru Səxavət Əsgərov açmışdır. Daha sonra çıxış üçün söz Şamaxı rayon Təhsil şöbəsinin müdiri Namiq Nağıyevə və filialın sədri Gülli Babaşovaya verilmişdir.

Çıxışlardan sonra məktəblilərin hazırladıqları kompozisiya qonaqlara təqdim olunmuşdur.