HomeBütün XəbərlərŞamaxıda “Xocalı qan yaddaşımız”adlı tədbir keçirilmişdir

Şamaxıda “Xocalı qan yaddaşımız”adlı tədbir keçirilmişdir

Şamaxıda “Xocalı qan yaddaşımız”adlı tədbir keçirilmişdir

Fevralın 24-ü Azərbaycan QMƏVŞAİB-in Şamaxı rayon filialının sədri Güllü xanım Babaşovanın təşkilatçılığı ilə “Xocalı qan yaddaşımız”adlı tədbir keçirilmişdir. Tədbirdə ictimai birliyin fəal üzvləri, həmçinin Şamaxı rayon Icra Hakimiyyətinin, təhsil şöbəsinin və Ağsaqqallar  şurasının nümayəndələri iştirak edirdilər.

Tədbir ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymaqla başlamışdır. Daha sonra iştirakçılar Şəhidlər Xiyabanını ziyarət etmiş, Vətən uğrunda şəhid olanların xatirəsini yad etmişlər.

Çıxış edənlər Xocalı soyqırımının XX əsrdə bəşəriyyətə qarşı törədilmiş ən qəddar cinayətlərdən biri olduğunu, ermənilərin bu vəhşiliyinin xalqımız və dünya ictimaiyyəti tərəfindən unudulmamasının vacibliyini vurğulamışlar.