Son Xəbərlər:
Salyanda şəhid İsfəndiyar Həsənovun doğum günü qeyd edilmişdir

Salyanda şəhid İsfəndiyar Həsənovun doğum günü qeyd edilmişdir

2019-cu il yanvarın 23-ü Salyan rayonunun Sarvan kəndində şəhid İsfəndiyar Həsənovun doğum günü qeyd edilmişdir.

Tıdbirdə Azərbaycan QMƏVŞAİB-in Salyan rayon filialının sədri Arif Əsgərov, rayon Müharibə Veteranları şurasının sədri V.Əsgərov, AYB Muğan bölməsinin sədri N.İbrahimov, Sarvan kənd orta məktəbinin direktoru M.Səmədov, şəhid ailələri C.Qaraşov, Kərbəlayı Yunsur, Aslan Səmədov, şəhidin qardaşı Loğman Həsənov çıxışlar etmiş, məktəb şagirdlərinin ifasında şəhidlərə həsr olunmuş kompozisiyalar səsləndirilmişdir.

Tədbirdə kənd ağsaqqalları, ziyalılar, şəhid ailələrinin üzvləri, müharibə veteranları və məktəblilər iştirak etmişlər. Həmin məktəbdə təhsil almış İsfəndiyar Həsənovun həyatı və döyüş yolu barədə məktəbin direktoru M.Səmədov və məktəbin müəllimi Firdovsi Sarvanlı məlumat vermişlər.

Tədbirdə Sarvan kəndindən olan 11 şəhidin döyüş yolu barədə də məlumat verilmişdir.

Tədbirin sonunda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycanın Dövlət Himni səsləndirilmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок