Son Xəbərlər:
Salyanda şəhid İsfəndiyar Həsənovun anım tədbiri keçirilmişdir

Salyanda şəhid İsfəndiyar Həsənovun anım tədbiri keçirilmişdir

Şəhid, baş leytenant İsfəndiyar Möhübbət oğlu Həsənovun anadan olmasının 53-cü ildönümü münasibətilə adını daşıdığı Salyan rayonunun Sarvan kənd tam orta məktəbində anım tədbiri keçirilmişdir. Tədbirdə kəndin müəllim və şagirdləri, kənd ictimaiyyətinin nümayəndələri, dindarlar iştirak etmişlər. Öncə dövlət himni səsləndirilmiş, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Torpaqlarımızın azadlığı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə İsfəndiyar Həsənovun göstərdiyi igidliklərdən söz açan Azərbaycan QMƏVŞAİB Salyan rayon filialının sədri Arif Əsgərov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları ictimai birliyi Salyan rayon şöbəsinin sədri Vilayət Əsgərov, Dayıkənd kənd tam orta məktəbinin direktoru Rafiq Əzizov və müəllimi Seymur Nağıyev, şair Əlimirzə Bəşirli, Sarvan kənd məscidinin axundu Mirbağır Sadıqov, Məşədi Firdovsi Əhmədov, şəhid Nail Qaraşovun atası, respublikanın əməkdar mədəniyyət işçisi Cahangir Qaraşov, şəhid Elnur Səmədovun qardaşı Aslan Səmədov İsfəndiyar Həsənovun mənalı ömür yolunun gənc nəsil üçün örnək, vətənpərvərlik nümunəsi olduğunu vurğulamışlar. Şair-jurnalist Əzizağa Məmmədli vətənpərvərlik mövzusunda yazdığı şeirini söyləmişdir.

Məktəbin şagirdləri şəhidlərə həsr olunmuş şeirlər səsləndirmişlər.

Sonra iştirakçılar Sarvan kənd Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin xatirəsinə ehtiramlarını ifadə etmiş, ruhlarına dualar oxumuşlar.

Şəhidin qardaşı Nurlan Həsənov qardaşının xatirəsini əziz tutduğlarına görə tədbirin təşkilatçıları və iştirakçılarına ailə üzvləri adından dərin minnətdarlığını bildirmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок