Son Xəbərlər:
Salyan şəhərində şəhid Taleh Davudzadənin anım günü keçirilmişdir

Salyan şəhərində şəhid Taleh Davudzadənin anım günü keçirilmişdir

2019-cu il fevralın 1-i Salyan şəhər 2 saylı tam orta məktəbdə Azərbaycan QMƏVŞAİB-in Salyan rayon filialının təşkilatçılığı ilə şəhid Taleh Davudzadənin anım günü keçirilmişdir.

Tədbirdə filialın sədri Arif Piriyev, SHXÇDX-nin Salyan rayon şöbəsinin rəis müavini, rayon veteranları cəmiyyətinin sədri V.Əsgərov, rayon Ağsaqqallar Şurasının sədri B.İmanov, idman müəllimi Fəxrəddin İmanov, şəhid atası Cahangir Qaraşov, şəhidin anası Raya Davudzadə, məktəbin müəllim və şagirdləri, Qarabağ müharibəsi əlilləri və veteranları iştirak edirdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Arif Piriyev tədbiri açaraq şəhidin keçdiyi döyüş yolu haqqında məlumat verdi, onun ibrətamiz həyatından danışdı. Daha sonra şəhidin ailə üzvləri, müəllimlər, döyüş yoldaşları çıxış edərək iştirakçılara Talehin vətənpərvərliyindən, başqalarına nümunə ola biləcək keyfiyyətlərindən söhbət açdılar, bu gün vətən övladlarının mənəvi və vətəndaşlıq borcundan bəhs etdilər. Şəhidin qardaşı İbrahim Davudzadə öz çıxışında  tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.

Çıxışlardan sonra məktəbin şagirdlərinin ifasında şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок