Son Xəbərlər:
“Şahin” hərbi-vətənpərvərlik idman oyunlarında Xaçmaz rayon birinciliyinin qalibləri müəyyənləşdi

“Şahin” hərbi-vətənpərvərlik idman oyunlarında Xaçmaz rayon birinciliyinin qalibləri müəyyənləşdi

Xaçmazda məktəblilərin hərbi hazırlığının gücləndirilməsi, ordu sıralarında hərbi xidmətə hazırlığın yüksəldilməsi məqsədilə rayon məktəbliləri arasında keçirilən “Şahin” hərbi-idman oyununun qalibləri müəyyənləşib.

VIII-X sinif şagirdləri arasında keçirilən yarışda rayonun 35 məktəbinin komandası birincilik uğrunda mübarizə aparıb.

Xaçmaz rayon Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən rayon birinciliyinin iştirakçıları sıra hazırlığı, fiziki hazırlıq, əleyhqazdan istifadə, darağa patronun doldurulması və boşaldılması, tüfəngdən hədəfə atəşaçma, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və digər mərhələlərdə qüvvələrini sınayıblar.

Hakimlərin yekun qərarına əsasən, I yeri Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbi, II yeri Hacıəlibəy kənd tam orta məktəbi, III yeri isə Alıcqışlaq kənd orta məktəblərinin komandaları tutub. Həmçinin hərbi-idman oyunlarında fəal iştirak etdiklərinə görə, Həsənqala və İlxıçı kənd tam orta məktəbləri də təltif edilib.

Azərbaycan QMƏVŞAİB-in Xaçmaz rayon filialının sədri Şəhlət Dadaşzadənin verdiyi məlumata görə komanda bələdiyyə idarəsi tərəfindən yaradılıb. Növbəti yarış Bakıda olacaq.

Filialın üzvləri həmçinin 2016-cı ilin aprel döyüşlərində şəhid olanların və şəhid Elvin Mirzəyevin qəbirlərini ziyarət eləmişlər.

Məqalədə AZƏRTAC-ın materiallarından istifadə olunnub.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок