Son Xəbərlər:
Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya  Mərkəzindən 3 gənc də ali məktəblərə daxil olub

Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzindən 3 gənc də ali məktəblərə daxil olub

Bu il qəbul imtahanlarında uğurlu nəticə göstərərək ali məktəb tələbəsi adını qazananlar arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin gəncləri də var.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə 2013-cü ilin dekabr ayında açılışı olan bu Mərkəz fiziki məhdudiyyətli gənclərin reabilitasiyasında və cəmiyyətə fəal inteqrasiyasında əhəmiyyətli rol oynayır. Burada aparılan çoxşaxəli reabilitasiya tədbirləri onlarda özünə inam hissi, potensial bacarığını üzə çıxararaq aktiv həyat tərzinə doğru irəliləmək əzmi formalaşdırır.

Peşə Reabilitasiya  Mərkəzində tikişçilik peşəsi ilə yanaşı, dizayn sahəsi üzrə bilik və bacarıqlara yiyələnən Nərgiz Hümbətli (Bakı) qəbul imtahanlarında müsbət nəticə (73 bal, qabiliyyət üzrə 10 bal) əldə edərək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına (dekorativ tətbiqi sənət ixtisası) qəbul olub. Mərkəzdə dizayn peşəsi üzrə kursu bitirən İlahə İsmayılova (Bakı şəhəri) da (58 bal, qabiliyyət üzrə 10 bal) həmin Akademiyanın dizayn ixtisası üzrə tələbəsi olmaq uğuruna imza atıb. Tam görmə məhdudiyyəti olan Xanoğlan Sadıqov (Şəmkir rayonu) isə Mərkəzdə toxuma peşəsinin sirlərinə yiyələnib. Onun hazırladığı əl işləri, muncuqlarla toxuduğu güllər müxtəlif sərgilərdə maraqla qarşılanıb. İmtahanlarda Xanoğlan 428 bal toplayıb və Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul  olub.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок