Son Xəbərlər:
Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya  Mərkəzinə ötən dövrdə 1650-dək gənc qəbul edilib

Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə ötən dövrdə 1650-dək gənc qəbul edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində hazırda 100-dən çox gənc peşə təlimindədir.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsndən vetennamine.az saytına verilən məlumata görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığı əsasında yaradılan Mərkəzdə kompyuter istifadəçisi və kompyuter dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq, rəssamlıq, tikiş, toxuma aşbaz köməkçisi, xalçaçılıq və s. peşələr üzrə təlim kursları təşkil olunur. Müəssisədə olduqları təlim müddətində gənclər burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin edilirlər. Ölkəmizin bütün bölgələrindən kurslara cəlb olunan sağlamlıq imkanları məhdud gənclər kursları bitirdikdən sonra onlara peşə sertifikatları verilir və yiyələndikləri peşələr üzrə məşğulluqlarının təminatı üçün işlər aparılır.

Mərkəzdə xüsusi təlim məşğələləri, tanınmış mütəxəssislərin iştirakı ilə təşkil edilən treninqlər, ustad dərsləri şəraitində gənclərin müxtəlif tətbiqi sənət növləri üzrə bacarıqları təkmilləşdirilir. Gənclərin əl işlərindən ibarət müxtəlif yaradıcılıq sərgiləri, mədəni-kütləvi tədbirlərdə iştirakı təşkil edilir. Onların  sosial reabilitasiyasına, sağlamlıq imkanları məhdud gənclərdə özünə, öz bacarığına güclü inam hissinin formalaşmasına, yaradıcılıq nümunələrinin cəmiyyətə tanıdılmasına yönəlik işlər aparılır. Eyni zamanda, 2018-ci ilin noyabrında nazirliyin Azərbaycan və ingilis dillərində nəşr etdirdiyi 278 səhifəlik “Əlillik qüsur deyil” kitab-albomunda Mərkəzin yetirmələrindən 50-dən artıq istedadlı gənc haqqında məlumatlar və onların yaradıcılıq nümunələri əksini tapıb.

İndiyədək ölkəmizin bütün bölgələri üzrə 1650-dək gənc Mərkəzə peşə hazırlığı kurslarına cəlb edilib.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок