Son Xəbərlər:
Sağlamlıq imkanları məhdud gənc yazar   Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib

Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində keçirilən «Cümhuriyyətin varisləri — Azərbaycanın gələcəyi» devizi altında Azərbaycan Gənclərinin VIII Forumunda sağlamlıq imkanları məhdud gənc yazar Mətanət Quliyeva (Qüdsi) da fəal iştirakı və maraqlı çıxışı ilə seçilib.

Mətanət Quliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə hazırlığı kursu keçib.

Forumun II panelində spiker kimi çıxış edən Mətanət Quliyeva  respublikamızda əlilliyi olan gənclərin nailiyyətlərindən, onların yaradıcılıq imkanlarının dəstəklənməsi üçün aparılan işlərdən danışıb.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR ŞÖBƏSİ

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок