HomeBütün XəbərlərSabunçuda Ramana şəhidlərinin xatirəsinə həsr olunmuş mini-futbol turniri keçirilmişdir

Sabunçuda Ramana şəhidlərinin xatirəsinə həsr olunmuş mini-futbol turniri keçirilmişdir

Sabunçuda Ramana şəhidlərinin xatirəsinə həsr olunmuş mini-futbol turniri keçirilmişdir

Sabunçu rayonunda Azərbaycan QMƏVŞAİB-in Sabunçu rayon filialının təşkilatçılığı ilə Ramana şəhidlərinin xatirəsinə həsr olunmuş mini-futbol turniri keçirilmişdir. 25 gün davam edən turnirdə qəsəbənin bütün məhəllə və yaşayış massivlərini təmsil edən komandalar iştirak etmişlər.

Gərgin keçən mübarizənin final oyunu Respublika Olimpiya Stadionunda keçirilmişdir. Finala “Bakı” və “Flaqman” komandaları yüksəlmişlər. Sabunçu filialının sədr müavini Şahin Bağırov və bir qrup fəal üzv final oyununda iştirak edərək qalibləri mükafatlındırmışlar. Şahin Bağırov çıxış edərek iştirak edən bütün komandalara şəhidlərin xatirəsini əziz tutduqları üçün minnətdarlıq bildirmişdir. Sonda xatirə şəkilləri çəkilmişdir.