Son Xəbərlər:
Sabunçu rayonundakı məktəbdə Respublika günü ilə əlaqədar tədbir keçirilmişdir

Sabunçu rayonundakı məktəbdə Respublika günü ilə əlaqədar tədbir keçirilmişdir

2019-cu il mayIn 27-si Sabunçu rayonunda 28 May – Respublika günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbir Maştağa qəsəbəsindəki şəhid Cavid Nurməmmədov adına orta məktəbdə təşkil olunmuşdur. Azərbaycan QMƏVŞAİB-in Sabunçu filialının fəal üzvləri tədbirdə iştirak etmişlər.

Əvvəlcə məktəblilər bayram gününə həsr etdikləri ədəbi-bədii kompozisiyalar nümayiş etdirmişlər. Vətənpərvərlik mövzusunda şeirlər söylənilmiş, mahnılar səsləndirilmişdir.

Məktəbin direktoru Esmira xanım çıxış edərək Azərbaycan QMƏVŞAİB-in Sabunçu rayon filialı ilə artıq neçənci dəfə tədbir keçirdiklərini və bu tədbirlərin bir ənənə halını aldığını vurğulamışdır. O vurğulamışdır ki, bir neçə gün qabaq filial üzvlərinin cəbhəyanı bölgəyə səfəri zamanı 108 saylı məktəbin şagirdlərinin əsgərlərimizə məktub yazmalarına şərait yaratmaları da ictimai birliyin məktəbimizə bir diqqətidir.

Sonra söz filialın sədri Zülfüqar Cəfərova verilmiştir. Z.Cəfərov çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, müasir Azərbaycanın müstəqilliyinin qazanılmasından, bu yolda şəhid və qazilərin rolundan danışmışdır.

Çıxışlardan sonra şagirdlərin əsgərlərə yazdıqları məktublara cavablar, ”Əsgər məktubları” oxunmuşdur.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок