Son Xəbərlər:
Sabunçu rayonundakı 128 saylı məktəbdə vətənpərvərlik tədbiri keçirilmişdir

Sabunçu rayonundakı 128 saylı məktəbdə vətənpərvərlik tədbiri keçirilmişdir

Oktyabrın 25-i Sabunçu rayon Maştağa qəsəbəsi 128 saylı məktəbdə Azərbaycan QMƏVŞAİB-in Sabunçu rayon filialı üzvlərinin şagirdlərlə növbəti görüşü keçirilmişdir. Tədbirdə iştirak edən filial sədri Zülfüqar Cəfərov belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışmış, özünün və döyüşçü dostlarının keçdiyi şərəfli yoldan geniş söhbət açmışdır.

Görüş sual-cavab formatında davam etmişdir. Şagirdlər şəhidlərimiz haqqında biliklərini nümayiş etdirmiş, özlərini onlara bənzətmək üçün necə yaşamaq lazım olduğunu soruşmuşlar. Z.Cəfərov ən böyük qəhrəmanlığın Vətən uğrunda döyüşmək olduğunu deyərək, oğlan şagirdlərə gələcəkdə peşə seçərkən hərb sənətini də unutmamalarını tövsiyə etmişdir. Vurğulamışdır ki, zabit peşəsi ən şərəfli peşələrdən biridir.

Sinif rəhbəri Elnarə xanım gələcəkdə də belə tədbirlərin tez-tez keçiriləcəyini bildirmiş və məktəbin təşkilatla daim əməkdaşlıq edəcəyini demişdir.

Sonda şagirdlərlə xatirə şəkilləri çəkdirilmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок